[b]DÇ-2018: Mundialla vidalaşan ilk komanda müəyyənləşdi[/b]
20.06.2018 - 19:15
[b]DÇ-2018: Mundialla vidalaşan ilk komanda müəyyənləşdi[/b]

Dünya çempionatının B qrupu çərçivəsində ikinci matçını Portuqaliyaya qarşı keçirən Mərakeş yenə minimalhesablı məğlubiyyətə düçar olub. Apasport.az saytının məlumatına görə, bununla Renar Hervenin yetirmələri mundialla vidalaşan ilk komanda olub.

Birinci görüşdə İrana, bu gün isə Portuqaliyaya eyni hesabla (0:1) yenilən mərakeşlilər üçün son tur formallığa çevrilib. Komandanın İspaniya üzərində istənilən hesablı qalibiyyəti belə, onların imdadına yetişməyəcək.

Qeyd edək ki, İspaniya – Mərakeş qarşılaşması iyunun 25-də keçiriləcək.

0