[b]DÇ-2018: Polşa və Belçika da Rusiyada - FOTO[/b]
13.06.2018 - 19:49
[b]DÇ-2018: Polşa və Belçika da Rusiyada - FOTO[/b]

DÇ-2018-in startına sadəcə saatlar qalmış iştirakçı ölkələrin Rusiyaya axını davam edir. Apasport.az saytının məlumatına görə, ilk matçlarını irəlidəki tarixlərdə oynayacaq yığmalardan Polşa və Belçika da mundial ölkəsinə üz tutub.

 

Polşalılar bu gün Soçiyə çatıblar və açıq məşqə çıxacaqlar.

 

Belçika millisi isə Moskvaya yollanıb. Şeremetovo Hava Limanında azsaylı azarkeşlərin müşayiəti ilə Rusiya torpaqlarına ayaq basan belçikalılar jurnalist və azarkeşlərlə görüşmədən birbaşa qalacaqları otelə yollanıblar.

 

Qeyd edək ki, Belçika ilk matçını iyunun 18-də Panamaya, Polşa isə ondan bir gün sonra Seneqala qarşı keçirəcək.

0