[b]DÇ-2018: Qələbə qolunu vursa da, ən yaxşı seçilmədi[/b]
24.06.2018 - 00:33
[b]DÇ-2018: Qələbə qolunu vursa da, ən yaxşı seçilmədi[/b]

DÇ-2018-in qrup mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, bu gün F qrupunda 2-ci tura yekun vurulub.

 

Tur çərçivəsində keçirilən Almaniya - İsveç matçı 2:1 hesabı ilə “bundestim”in xeyrinə başa çatıb.

 

Matçın ən yaxşı oyunçusu isə Yulian Draksler seçilib. Almaniya millisinin yarımmüdafiəçisi FİFA-nın saytında keçirilən sorğuda ən çox azarkeşin etimadını qazanıb.

 

Maraqlıdır ki, Roys hesabı bərabərləşdirsə də, onlara qələbə qazandıran qolu son saniyədə Toni Kroos vurub. Amma bu, azarkeşlərin diqqətini çəkməyib.

0