[b]Fransanın çempionluğu iğtişaşlara səbəb oldu[/b]
16.07.2018 - 17:03
[b]Fransanın çempionluğu iğtişaşlara səbəb oldu[/b]

Fransa millisinin dünya çempionatındakı zəfərindən sonra ölkədə iğtişaşlar baş verib. Apasport.az saytının “L’Equipe” nəşrinə istinadən məlumatına görə, Paris, Marsel, Lion kimi böyük şəhərlərdə ümumilikdə 292 nəfər polis tərəfindən saxlanılıb.

 

Hadisələr zamanı 45 polis yaralanıb. Son məlumata görə, onların heç birinin həyatı təhlükəsi yoxdu.

 

Qeyd edək ki, DÇ-2018-in finalında Xorvatiyanı 4:2 hesabı ilə məğlub edən Fransa yığması tarixində ikinci dəfə dünya çempionatının qalibi olub.

0