[b]İran azarkeşləri Ronaldonu yatmağa qoymadılar - VİDEO[/b]
25.06.2018 - 14:07
[b]İran azarkeşləri Ronaldonu yatmağa qoymadılar - VİDEO[/b]

İranlı azarkeşlər bazar günü gecə saatlarında Portuqaliya yığmasının Saranskda məskunlaşdığı otelin önünə gələrək, səs-küy salmağa başlayıblar. Apasport.az saytının “Marca”ya istinadən məlumatına görə, nəticədə Kriştianu Ronaldo otağının pəncərəsindən etdiyi jestlərlə yatmaq istədiyinə işarə vurub və onlardan sakitləşmələrini xahiş edib.

 

Fanatlar ulduz futbolçunun bu hərəkətini alqışlarla qarşılasalar da, onun istəyini yerinə yetirməyiblər.

 

Qeyd edək ki, bu gün keçiriləcək Portuqaliya – İran matçına Saranskdakı “Mordovia Arena” ev sahibliyi edəcək. Görüş hər iki komanda üçün növbəti mərhələyə adlamaq baxımından böyük əhəmiyyət daşıyır.

 

 

 

0