[b]"Perişiçin epizodunda penalti yox idi" - Klattenburq[/b]
16.07.2018 - 14:28
[b]"Perişiçin epizodunda penalti yox idi" - Klattenburq[/b]

Fransa – Xorvatiya (4:2) oyununda qeydə alınan penalti müzakirələrə səbəb olub. Apasport.az saytının “The Sun”a istinadən məlumatına görə, son olaraq İngiltərə Premyer Liqasının sabiq referilərindən Mark Klattenburq İvan Perişiçin epizodunu şərh edib.

 

“Perişiçin əli təbii vəziyyətdə idi. Orda topa doğru hərəkət yox idi. Epizod penalti deyildi” – deyə, o bildirib.

 

Qeyd edək ki, epizod izlənildikdən sonra Xorvatiyanın qapısına penalti təyin olunmuş və 11 metrlik zərbəni dəqiq yerinə yetirən Antuan Qrizmann Fransanı hesabda 2:1 önə keçirmişdi.

0