[b]“Ya açıq futbol oynayacağıq, ya da...” - Yerro[/b]
21.06.2018 - 13:03
[b]“Ya açıq futbol oynayacağıq, ya da...” - Yerro[/b]

İspaniya yığmasının baş məşqçisi Fernando Yerro İranla oyundan (1:0) sonra B qrupunda yaranan vəziyyəti dəyərləndirib. Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis İranla qarşılaşmalı olan Portuqaliya üçün son turun ağır keçəcəyini bildirib.

 

Yerro həmçinin İspaniya millisinin açıq futbol nümayiş etdirməyə davam edəcəyini sözlərinə əlavə edib: “Əminəm ki, İranla oyun Portuqaliya üçün çətin keçəcək. Hamıya xal lazımdı. Dünya çempionatının böyüklüyü də elə bundadı. Heç kim heç kimə güzəştə getmir. Özümüz haqqında sadəcə bunu deyə bilərəm ki, ya açıq futbol oynayacağıq, ya da evə qayıdacağıq”.

 

Qeyd edək ki, B qrupunda sonuncu tur öncəsi İspaniya və Portuqaliya yığmalarının aktivində 4 xal var. İran isə 3 xalla liderləri izləyir.

0