12 Mart 18:53 Dünya Kubokunda 26-cı yer
DİGƏR NÖVLƏR xəbərləri 12 Mart 18:53
348 baxış

Dünya Kubokunda 26-cı yer

Meksikanın Qvadalaxara şəhərində atıcılıq üzrə Dünya Kuboku başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizin idman şərəfini Nurlana Cəfərova qoruyub.

 

Stend atıcılığının skit növündə hədəf önünə keçən snayperimiz mübarizəni təsnifat mərhələsində dayandırıb. O, 31 idmançı arasında 26-cı yeri tutub.

 

Qeyd edək ki, yarışdan öncə Dünya Kubokuna Ruslan Lunyovun gedəcəyi açıqlansa da, sonradan onu Cəfərova əvəzləyib.

Xəbər lenti