1 Mart 14:46 Getdi...
DİGƏR NÖVLƏR xəbərləri 1 Mart 14:46
2871 baxış

Getdi...

Azərbaycan idmançısı Patrik Braxner karyerasını başa vurmağa qərar verib. Apasport.az saytının məlumatına görə, Pxençxan-2018-də slalom yarışlarında qüvvəsini sınayan milliləşən avstriyalı bundan sonra start xəttinə çıxmayacağını açıqlayıb.

 

26 yaşlı Braxner vətənində verdiyi müsahibəsində deyib ki, bu, onun yekun qərarı olmaya da bilər. Belə ki, 2017-ci ildə karyerasını bitirib, bir müddətdən sonra bərpa edən xizəkçi yenə eyni halın təkrarlanacağını istisna etməyib: “Heç vaxt “heç vaxt” demə. Lakin indiki durumda mən çox məmnunam. Düşünürəm ki, indi bir az istirahət edib, rahatlana bilərəm”.

 

Braxner Pxençxanda finişə çatmadığı yarışı da dəyərləndirib: “Yarışın mühitinə uyğunlaşıb, məşqlərdə üzərimdə çalışırdım. Bu da kifayət qədər yaxşı nəticə verdi. Amma qripə yoluxduğumdan bir neçə gün məşq edə bilməmişdim. Belə olmasaydı, zolağa və qara daha yaxşı uyğunlaşıb, bundan yaxşı çıxış edərdim”.

 

Xizəkçi ilk “otuzluğ”a düşmək xəyalını da gizlətməyib: “Əlbəttə, ən yaxşı 30 idmançı sırasına düşmək arzusundaydım. Lakin mənim nəticələrimi onların nəticələri ilə müqayisə etsək, ən yaxşı halda aşağı sıralarda qərarlaşa bilərdim. Amma ümumilikdə bu mənim üçün əla təcrübə oldu. Mən çox şey öyrəndim. Karyeramı bərpa etdikdən sonra qısa müddətə rəqabətə hazır olduğuma özüm də təəccübləndim”.

 

Qeyd edək ki, Braxner Azərbaycanı Soçi-2014-də də təmsil edib. O, 2 Olimpiadada mübarizəyə qatıldığı 3 yarışdan ikisində finişə çata bilməyib.  

Xəbər lenti