25 İyun 10:09 “Lent.az”ın 10 yaşı tamam olur
DİGƏR NÖVLƏR xəbərləri 25 İyun 10:09
198 baxış

“Lent.az”ın 10 yaşı tamam olur

Bu gün Azərbaycanın ilk xəbər portalı olan Lent.az İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 10 il ötür. Apasport.az saytının məlumatına görə, www.lent.az resursu 2008-ci il iyun ayının 25-dən internet istifadəçilərinin ixtiyarındadı. Hazırda Azərbaycanda ana dilində ən çox oxunan informasiya agentliklərindən biridi.

 

Agentlik gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, oxucularına həm də reportajlar, araşdırmalar, siyasətdən şou-biznesə qədər geniş spektrdə maraqlı materiallar təqdim edir.

 

Saytda ölkə və dünyanın maraqlı insanları haqda portret yazılar, yaxın və uzaq tarixin ən qaranlıq məqamları ilə bağlı mühüm yeniliklər işıq üzü görür. Lent.az siyasət, sosial, kriminal, iqtisadiyyat, dünya, avtomobil, mədəniyyət, şou-biznes, idman, texnologiya kimi sahələr üzrə hər gün 100-dən çox xəbər, müsahibə, reportaj və yazılar hazırlayır.

 

Hazırda Lent.az-ın 20-dək ştat üzrə əməkdaşı və regional bölmələri var. Sayt maraqlı layihə və rubrikaları, fasiləsiz xəbər təminatı ilə qısa müddətdə populyarlıq qazanıb. Portal bu günədək 304 mindən artıq materialı oxuculara təqdim edib.

Xəbər lenti

Xəbər lenti