16 Aprel 10:48 NHL: “Las-Veqas” fərqi artırdı, “Pittsburq” önə keçdi
DİGƏR NÖVLƏR xəbərləri 16 Aprel 10:48
375 baxış

NHL: “Las-Veqas” fərqi artırdı, “Pittsburq” önə keçdi

Milli Xokkey Liqasının (NHL) çempionatında pley-off mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə 4 qarşılaşma keçirilib.

 

Şərq konfransında səfərdə “Filadelfiya”nı 5:1 hesabı ilə məğlub edən “Pittsburq” seriyada önə keçib. Bir digər oyunda isə qalib overtaymda müəyyənləşib. “Kolambus” “Vaşinqton”dan üstün olub.

 

Qərb konfransında “Las-Veqas” “Los-Anceles” üzərindəki növbəti qələbəsini qazanıb. “Minnesota” isə “Vinnipeq”i məğlub edərək, seriyadakı fərqi azaldıb.

 

Pley-off, ilk tur

 

Şərq konfransı

 

“Filadelfiya Flayerz” – “Pittsburq Pinqvinz” – 1:5

 

Seriyada hesab: 2-1 (“Pittsburq”)

 

“Vaşinqton Kepitalz” – “Kolambus Blu Cekets” – 4:5 (overtaym)

 

Seriyada hesab: 2-0 (“Kolambus”)

 

 

Qərb konfransı

 

“Minnesota Vayld” – “Vinnipeq Cets” – 6:2

 

Seriyada hesab: 2-1 (“Vinnipeq”)

 

“Los Anceles Kinqz” – “Las-Veqas Qolden Nayts” – 2:3

 

Seriyada hesab: 3-0 (“Las-Veqas”)

 

 

 

Xəbər lenti