[b]NHL: "Vaşinqton" final seriyasını bərabərləşdirdi - VİDEO[/b]
31.05.2018 - 09:46
[b]NHL: "Vaşinqton" final seriyasını bərabərləşdirdi - VİDEO[/b]

Milli Xokkey Liqasında (NHL) Stenli kuboku uğrunda mübarizə davam edir. Apasport.az saytının məlumatına görə, final seriyasında ikinci qarşılaşma baş tutub.

 

“Veqas Qolden Nayts” “Vaşinqton Kapitals”ı qəbul edib. İkinci perioddakı üstünlüyünü sona qədər qoruyub saxlayan qonaqlar qələbə qazanaraq, seriya hesabını bərabərləşdirib.

 

NHL

 

Final seriyası

 

“Veqas Qolden Nayts” - “Vaşinqton Kapitals” – 2:3

 

Qollar: Nil (07:58), Teodor (37:47); Eller (17:27), Oveçkin (25:38), Orlik (29:41)

 

Seriyada hesab – 1:1

 

0