20 Fevral 14:19 Pxençxan-2018-də daha bir dopinq qalmaqalı
DİGƏR NÖVLƏR xəbərləri 20 Fevral 14:19
377 baxış

Pxençxan-2018-də daha bir dopinq qalmaqalı

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında növbəti dopinq qalmaqalı yaşanıb. Apasport.az saytının məlumatına görə, Sloveniyanın kişilərdən ibarət hokkey yığmasının hücumçusu Jiqa Eqliçin dopinq testi müsbət nəticə verib.

 

Onun orqanizmində fenoterol aşkarlanıb. Eqliçin Olimpiadanın qarşıdakı oyunlarında iştirakına qadağa qoyulub. İdmançı bir sutka ərzində Olimpiya kəndini tərk etməlidi.

 

29 yaşlı hokkeyçi barədə yekun qərar Pxençxan-2018-in başa çatmasından sonra veriləcək. Oyunlarda 3 qarşılaşmada iştirak edən Eqliç 1 qol vurub. Onun şərəfini qoruduğu Sloveniya millisi isə B qrupunda 2-ci olub. Jiqa astma üçün dərmandan istifadə etdiyini, bu barədə müvafiq qurumları məlumatlandırmağı unutduğunu bildirib.

 

Qeyd edək ki, bunadək rusiyalı kerlinqçi Aleksandr Kruşelnitskidə də dopinq aşkarlanmışdı.