24 Oktyabr 14:21 Pxençxan-2018-in məşəli alovlandırıldı
DİGƏR NÖVLƏR xəbərləri 24 Oktyabr 14:21
810 baxış

Pxençxan-2018-in məşəli alovlandırıldı

2018-ci ildə Pxençxanda keçiriləcək Qış Olimpiya Oyunlarının məşəli yandırılıb. Apasport.az saytının məlumatına görə, alov ənənəyə uyğun olaraq Yunanıstandakı Olimp dağından götürülüb.

 

Tədbir yerli vaxtla saat 12:00-da başlayıb. Güclü yaxış altında keçən mərasimdə ali kahin məşəli alovlandırıb.

 

7 gün Yunanıstanda səyahətdə olacaq məşəl oktyabrın 31-də Afinadakı “Olimpiakos” stadionunda Pxençxan Qış Olimpiya Oyunlarının Təşkilat Komitəsinin üzvlərinə təhvil veriləcək.

 

Qeyd edək ki, Olimpiada gələn il fevralın 9-25-də olacaq. 

Xəbər lenti