[b]Pxençxan-2018: SSRİ-yə şərik çıxdı[/b]
21.02.2018 - 17:47
[b]Pxençxan-2018: SSRİ-yə şərik çıxdı[/b]

Pxençxanda keçirilən Qış Olimpiya Oyunlarında xizəksürmə üzrə Norveç yığması yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, skandinaviyalılar bir Olimpiadada 6 qızıl medal qazanan ilk komanda olub.

 

Norveçli xizəksürənlər ümumi mükafat sayında da rekorda şərik çıxıblar. Pxençxanda 13 medal (6-4-3) əldə edən şimallılar 30 il əvvəlki göstəriciyə şərik çıxıblar. Belə ki, Kalqari-1988-də SSRİ 13 mükafat qazanmışdı – 5 qızıl, 5 gümüş, 3 bürünc.

 

Qeyd edək ki, Norveç yığması rekordunu yeniləmək imkanına da malikdi. Çünki Pxençxan-2018-də xizəksürmənin marafon növündə daha 2 dəst medal oynanılacaq.

0