[b]"Rolan Qarros": Voznyaçki və Cokoviç növbəti mərhələdə[/b]
02.06.2018 - 11:44
[b]"Rolan Qarros": Voznyaçki və Cokoviç növbəti mərhələdə[/b]

Mövsümün ikinci “Böyük dəbilqə”si “Rolan Qarros”da mübarizə davam edir. Apasport.az saytının məlumatına görə, turnirdə altıncı gün geridə qalıb.

 

Kişilərin mübarizəsində favoritlərdən Novak Cokoviç, Dominik Tim və Aleksandr Zverev, qadınlarda isə Karolin Voznyaçki mərhələ adlayıb.

 

Qriqor Dimitrov və Yelina Svitolinanın 1/16 finalda mübarizəni dayandırması diqqət çəkib.

 

Rolan Qarros

Kişilər

1/16 final

Roberto Bautista-Aqut (İspaniya) – Novak Cokoviç (Serbiya) – 1:3 (4:6, 7:6, 6:7, 2:6)

Damir Cumhur (Bosniya və Herseqovina) – Aleksandr Zverev (Almaniya) – 2:3 (2:6, 6:3, 6:4, 6:7, 5:7)

Dominik Tim (Avstriya) – Matteo Berrettini (İtaliya) – 3:1 (6:3, 6:7, 6:3, 6:2)

Fernando Verdasko (İspaniya) – Qriqor Dimitrov (Bolqarıstan) – 3:0 (7:6, 6:2, 6:4)

 

Qadınlar

1/16 final

Polin Parmentye (Fransa) – Karolin Voznyaçki (Danimarka) – 0:2 (0:6, 3:6)

Mixaela Buzarnesku (Rumıniya) – Yelina Svitolina (Ukrayna) – 2:0 (6:3, 7:5)

0