Cüdoçumuz Astanada bürünc medal qazandı
10.05.2024 - 17:51

Azərbaycan cüdoçusu Kamran Süleymanov Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü üçüncü yer uğrunda mübarizədə digər komanda yoldaşı Ruslan Paşayevlə qarşılaşıb.
Rəqibini üstələyən K.Süleymanov Azərbaycana yarışda ilk medalı qazandırıb.
Qeyd edək ki, turnirin qalibləri 1000, gümüş və bürünc medalçılar isə müvafiq olaraq 700 və 500 reytinq xalı qazanacaqlar.
- Cüdoçularımız Avropa çempionatında 6 medal qazanıblar
- Azərbaycanın cüdo millisi Berlində beynəlxalq toplanışa başlayıb
- Avropa çempionatı: Ölkəmizi 19 idmançı təmsil edəcək
- Millimiz Avropa çempionatında iştirak edəcək - FOTO
- Bakıda eşitmə qabiliyyəti məhdud olan cüdoçuların hazırlıq səviyyəsi yoxlanılıb
0
0