Paracüdoçularımız Almaniyada Avropa çempionatında
13.08.2026 - 17:50
Paracüdo üzrə milli komandamız 14-16 avqust tarixlərində Almaniyanın Heydelberq şəhərində keçiriləcək Avropa çempionatında çıxış edəcək.
Apasport.az xəbər verir ki, yarışda kişi idmançılarımızdan İlham Zəkiyev (J1, +95 kq), Saleh Sultanov (J1, 81 kq), İsmayıl Muradov (J1, 70 kq) və Hüseyn İsmayılzadə (J2, 70 kq), qadınlardan isə Dürsədəf Kərimova (J2, +70 kq) və Xatirə İsmiyeva (J1, +70 kq) mübarizə aparacaqlar.
Paracüdoçularımıza yarışda baş məşqçilər İbrahim İbrahimov və Ramin İbrahimov rəhbərlik edəcəklər.
- Cüdoçunun kata növü üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək
- Bakıda dünya çempionatı üçün xüsusi videoçarx – Cüdo ulduzları bir araya gəldi
- Cüdoçularımız Bakıda keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir
- Məhəmməd Musayev 2 qat Avropa çempionu oldu
- Cüdoçularımızın Avropa çempionatında ilk rəqibləri bəlli oldu
0
0