26 Fevral 16:47 Rusiya Olimpiya ailəsinə qayıdır
DİGƏR NÖVLƏR xəbərləri 26 Fevral 16:47
752 baxış

Rusiya Olimpiya ailəsinə qayıdır

Rusiya Olimpiya Komitəsinin Beynəlxalq Olimpiya Komitəsindəki (İOC) üzvlüyü bərpa oluna bilər. Apasport.az saytının məlumatına görə, bunun yaxın 2 gün ərzində gerçəkləşməsi gözlənilir.

 

İOC-un üzvü Şamil Tarpişev bildirib ki, xizəkçi və hokkeyçilərdən götürülmüş dopinq-testin nəticələrini gözləmək lazımdı. Digər idmançılar isə artıq “təmiz” çıxıblar.

 

Qeyd edək ki, İOC-un İcraiyyə Komitəsi ötən il dekabrın 5-də Rusiya Olimpiya Komitəsini qurumdan kənarlaşdırıb. Bu üzdən də rusiyalılar Pxençxan Qış Olimpiya Oyunlarında xüsusi status və Olimpiya bayrağı altında çıxış ediblər. Şimallıların Olimpiadanın sonunadək cəzadan qurtulacağı gözlənilsə də, 2 idmançıda dopinq tapılması məsələni yubadıb.