28 Fevral 09:28 Tokio-2020: Talisman müəyyənləşdi
DİGƏR NÖVLƏR xəbərləri 28 Fevral 09:28
396 baxış

Tokio-2020: Talisman müəyyənləşdi

2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının talismanları məlum olub. Apasport.az saytının məlumatına görə, yarışın rəmzi ağ-narıncı damalı geyimdəki varlıqdı.

 

Onun geyimi Tokio Oyunlarının emblemini də əks etdirir. Həmin varlığın xarakterində köhnə və yenini birləşdirmək, həmçinin köhnəyə hörmət edib təkrarlamaq və yeniyə can atmaq da var.

 

Varlığın adı yay aylarında açıqlanacaq.

 

2017-ci ilin dekabrında yarışın Təşkilat Komitəsi 3 cüt talismanın adlarını açıqlamışdı. Onların şəkilləri Yaponiya məktəblərinə göndərilib və uşaqların səsverməsi ilə müəyyənləşib. Birinci yerin sahibi 109 mindən çox səs yığıb. Bu da ümumi səslərin yarısından çoxudu.

Xəbər lenti