3 Noyabr 17:09 Azərbaycan cüdo millilərinə yeni baş məşqçi təyin edildi
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 3 Noyabr 17:09
3652 baxış

Azərbaycan cüdo millilərinə yeni baş məşqçi təyin edildi

Cüdo üzrə Azərbaycan millilərinə yeni baş məşqçi təyin edilib. Bu barədə məlumatı apasport.az saytına Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov verib.

 

O bildirib ki, kişilərdən ibarət Azərbaycan millisi ukraynalı Ruslan Maşurenkoya həvalə edilib. Sidney-2000-nin üçüncüsü və Avropa çempionatının ikiqat bürünc mükafatçısı olan 46 yaşlı mütəxəssisə avstriyalı Peter Zayzenbaherin gedişindən sonra yığmamızda baş məşqçi əvəzi işləyən Fərhad Məmmədov köməklik edəcək.

 

Qadınlardan ibarət yığmamızda isə Elçin İsmayılovu Natiq Bağırov əvəzləyib. Sambo üzrə Avropa, cüdo üzrə ikiqat dünya və dördqat Avropa çempionu olan 53 yaşlı həmyerlimiz bu təyinatadək kişi cüdoçulardan ibarət Belarus millisində böyük məşqçi kimi fəaliyyət göstərirdi. 

Xəbər lenti