[b]“Komanda uduzanda cavab vermək asandı” - Reza Mehmandost[/b]
15.12.2016 - 17:43
[b]“Komanda uduzanda cavab vermək asandı” - Reza Mehmandost[/b]

“Komanda uduzanda cavab vermək asandı. Deyirsən ki, rəqib güclü idi və bu səbəbdən də uduzdum”. Apasport.az saytının məlumatına görə, bunu kişilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Reza Mehmandost deyib.

 

İranlı mütəxəssis yığmamızın komandalararası dünya çempionatının qalib olması ilə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, ardıcıl 2 il fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq heç də asan başa gəlməyib: “Qələbə qazananda danışmaq üçün mövzu çox olur. Bizdə də bu qalibiyyət çox şeyi - təfəkkürdən yeməyədək hər şeyi dəyişdi. Bütün komandalar məşq edirlər və çempionluq istəyirlər. Amma bir sıra səbəblərdən uduzurlar. Mən Azərbaycana gələndə komanda yaxşı vəziyyətdə deyildi. Amma bizə federasiya tərəfindən hər bir köməklik edildi. Biz idmançılar arasında seçim apardıq və uğur qazanmağa başladıq. Artıq olimpiadadan-olimpiadaya hazırlıq planımız var. 4 illik hədəfləri müəyyənləşdiririk. Hazırkı komandanın yetişməsi üçün federasiya və dövlət tərəfindən çox kömək edilib. Bizdə müəyyən çatışmazlıqlar da var. Lakin inanırıq ki, bütün bunları arxada qoyacağıq”.

 

Mehmandost bəzi idmançıların əsas komandadan kənarda qalmasına da münasibət bildirib. Onun sözlərinə görə, 54 kq və 58 kq çəki dərəcələrində yeni idmançının olması istisna deyil: “Bir yarış bitdisə, digərinə yeni heyətlə də getmək mümkündü”.

0