15 Oktyabr 21:21 Masallı cüdoçuları hər kəsi qabaqladı - FOTOSESSİYA
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 15 Oktyabr 21:21
797 baxış

Masallı cüdoçuları hər kəsi qabaqladı - FOTOSESSİYA

Şirvan şəhərində yeniyetmə cüdoçular arasında regional birinciliyə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən yarışda Masallı, Səlyan, Şirvan, Lənkəran, İmişli, Sabirabad və Biləsuvar idmançıları mübarizə aparırlar.

 

İlk gün 2003-2006-cı il təvəllüdlü kiçik yaşlı yeniyetmələr medallar uğrunda yarışıblar. Daha yaxşı nəticə göstərən Masallı cüdoçuları fəxri kürsünün ən yüksək pilləsinə çıxıblar. Sonrakı yerləri Səlyan və Şirvan komandaları tutublar.

 

Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları və medallar təqdim olunub. Cənub bölgəsi üzrə regional birincilik sabah davam etdiriləcək.

Xəbər lenti