28 Noyabr 12:23  “Masters”ə yollanan yığmamızın heyəti açıqlandı
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 28 Noyabr 12:23
789 baxış

“Masters”ə yollanan yığmamızın heyəti açıqlandı

Dekabrın 16-da Rusiyanın Sankt-Peterburq şəhərində cüdo üzrə “Masters” turniri start götürəcək. Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək yarışda Azərbaycan yığması da mübarizə aparacaq.

 

Millimizin yeni baş məşqçisi Ruslan Maşurenko özünün ilk, ilin son turnirində 9 idmançını sınaqdan keçirəcək. Bunlar Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq) və Uşanqi Kokauridi (+100 kq).

 

Qeyd edək ki, Hollandiyada keçirilən Qran-pridən kənar qalan millimiz dekabrın 2-3-də Yaponiyada təşkil olunacaq “Böyük Dəbilqə”yə də qatılmayacaq. 

Xəbər lenti