[b]Millimiz Qran-priyə ehtiyat qüvvə ilə gedir[/b]
24.03.2018 - 16:47
[b]Millimiz Qran-priyə ehtiyat qüvvə ilə gedir[/b]

Martın 30-da Gürcüstanın paytaxtı Tiflisdə cüdo üzrə Qran-pri yarışı start götürəcək. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.

 

Turnirdə ölkəmiz 9 cüdoçu ilə təmsil olunacaq. Məşqçilər korpusu Qran-pridə ehtiyat qüvvəyə - Oruc Vəlizadə, Sadiq Məhərrəmov (hər ikisi 60 kq), İlkin Babazadə, Elçin Hüseynov (hər ikisi 66 kq), Telman Vəliyev, Paşa Əliyev (hər ikisi 73 kq), Coşqun Abdullayev (81 kq), Sənan Əhmədov (100 kq) və Cəlil Şükürova (+100 kq) şans verəcək.

 

Qeyd edək ki, yarışda ümumilikdə 39 ölkədən 310 cüdoçunun iştirakı gözlənilir.

0