[b]Qran-pri: Cüdoçularımızın rəqibləri müəyyənləşdi[/b]
16.06.2017 - 10:30
[b]Qran-pri: Cüdoçularımızın rəqibləri müəyyənləşdi[/b]

Meksikanın Kankun şəhərində keçiriləcək cüdo üzrə Qran-pri turnirinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, bu gün start götürəcək yarışda Azərbaycan millisinin üzvləri də rəqiblərini tanıyıblar.

 

Belə ki, 90 kq çəki dərəcəsində tatamiyə çıxacaq Rüfət İsmayılovla Tural Səfquliyev yarışa 1/8 finaldan qoşulacaqlar. Onlar müvafiq olaraq, serbiyalı Nemanya Majdov və çilili Rafael Romo ilə güləşəcək.

 

100 kq çəki dərəcəsində mübarizə aparacaq Cəlil Şükürovun da rəqibi Çilidən olacaq. Həmyerlimiz 1/4 finala yüksəlmək üçün Tomas Briceno ilə gücünü yoxlayacaq.

 

Cüdoçularımızın hər üçü iyunun 18-də qüvvəsini sınayacaq. 

0