[b]Qran-pridə III gün: Cüdoçularımız medalsız qaldı[/b]
01.04.2018 - 14:00
[b]Qran-pridə III gün: Cüdoçularımız medalsız qaldı[/b]

Azərbaycan millisi Gürcüstanın paytaxtı Tiflisdə cüdo üzrə Qran-pri turnirini başa vurub. Apasport.az saytının məlumatına görə, 38 ölkədən 302 idmançının (183 kişi, 119 qadın) iştirak etdiyi yarışın 3-cü günündə millimizin daha iki üzvü tatamiyə çıxıb.

 

100 kq

Bu çəkidə Sənan Əhmədov qüvvəsini sınayıb. İdmançımız rusiyalı Merab Merqiyevlə üz-üzə gəlib. İlk döyüşdə uduzan təmsilçimiz mübarizəni 1/16 finalda başa vurub.

 

+100 kq

Təmsilçimiz Cəlil Şükürov 1/16 final səddini adlamağa nail olub. O, böyük britaniyalı Endryu Melburna qalib gəlib. 1/8 finalda gürcüstanlı Quram Tuşişvili ilə görüşən cüdoçumuz məğlubiyyətə üzülüb.

 

Qeyd edək ki, yarışın ilk iki günündə mübarizəyə qoşulan 6 tatami ustamız turniri medalsız başa vurub.

 

0