13 May 20:22 Radik İsayev Avropa çempionu oldu
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 13 May 20:22
2832 baxış

Radik İsayev Avropa çempionu oldu

Rusiyanın Kazan şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası yarışda növbəti medalını qazanıb.

 

Bu dəfə Radik İsayev fərqlənib. +87 kq çəki dərəcəsində çıxış edən idmançımız finaladək bütün rəqiblərinə qalib gələrək həlledici qarşılaşmaya vəsiqə qazanıb. Qızıl medal uğrunda döyüşdə onun rəqibi rusiyalı Roman Kuznetsov olub.

 

Onu da məğlub edən Radik Avropa çempionu tituluna yiyələnib. Bu, 2014-cü ildə də qitənin ən yaxşısı olan taekvondoçumuzun ikinci belə uğurudu.

 

Qeyd edək ki, yarışın əvvəlki günlərində millimiz daha iki medal qazanmışdı. Patimat Abakarova (49 kq) və Milad Beiqi Harçeqani (80 kq) çempionatı bürünc medalla başa vurmuşdu.

 

Xəbər lenti

Xəbər lenti