[b]Yığmamız Ermənistanı qabaqlayıb, birinci oldu [/b]
12.06.2018 - 10:03
[b]Yığmamız Ermənistanı qabaqlayıb, birinci oldu

[/b]

Gürcüstanın Kutaisi şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnir başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda ev sahibləri ilə yanaşı, Azərbaycan, Rusiya və Ermənistan yığmaları mübarizə aparıblar.

 

Komandamız turniri 5 qızıl və 4 gümüş medalla başa vurub. Belə ki, bütün rəqiblərinə qalib gələn Vüqar Hüseynov (49 kq), Nəbi İsgəndərov (60 kq), Səbuhi Abışov (64 kq), İsmayıl Yaqubov (91 kq) və Vüqar Səmədov (+91 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda məğlub olan Tacəddin Məmmədov (49 kq), Tacəddin Maməliyev (56 kq), Cahid Qurbanov (75 kq) və Rəhim Əhmədli (+91 kq) isə ikinci yeri tutublar.

 

Bu göstərici ölkəmizi komanda hesabında birinci edib. Vüqar Hüseynov isə turnirin ən yaxşı boksçusu seçilib.

 

Qeyd edək ki, millimiz Vətənə bu gün qayıdacaq.

0