[b]AFFA-dan iranlı futbolçulara 10 oyunluq cəza[/b]
23.05.2018 - 13:11
[b]AFFA-dan iranlı futbolçulara 10 oyunluq cəza[/b]

Bu gün baş tutan AFFA İntizam Komitəsinin (İK) iclasında futzal üzrə Azərbaycan kubokunun finalında keçirilmiş “Marafon Futsal” – “Uğur” oyununda yaşanmış neqativ hallara hüquqi qiymət verilib. Apasport.az saytının məlumatına görə, İK olduqca sərt qərarlarla yadda qalıb.

 

Xüsusən də, 38-ci dəqiqədə yaşanmış qalmaqala görə, bir neçə oyunçu cəzalandırılıb. “Uğur”un üzvləri Mahsen Geşani və Rza Əmoninin hakimlər briqadasını təhqir etdiyi, aqressiv davranışı, hakimə və rəqibə qarşı fiziki təzyiq göstərdikləri aşkarlanıb. Buna görə, hər iki futzalçı 10 oyunluq diskvalifikasiyaya məruz qalıb. Bundan başqa, aşağı liqa təmsilçisinin digər oyunçusu Amin Nasrolla ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb.

 

İK “Marafon Futsal”a da cəza verib. Belə ki, 38-ci dəqiqədə meydandan qovulan bu klubun üzvü Arif Bolouri 1 oyunluq cəza alıb. Onun komanda yoldaşı  Seymur Məmmədov isə matçdan sonra rəqibi təhqir etdiyindən, ona 3 matçlıq cəza “kəsilib”.

0