19 Aprel 14:56 Alonso diskvalifikasiya olundu
FUTBOL xəbərləri 19 Aprel 14:56
509 baxış

Alonso diskvalifikasiya olundu

İngiltərə Futbol Assosiasiyası “Çelsi”nin müdafiəçisi Markos Alonso ilə bağlı qərarını açıqlayıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, ispan futbolçu 3 oyunluq diskvalifikasiya olunub.

 

Buna səbəb Alonsonun “Sauthempton”la görüşdə rəqib futbolçu Şeyn Lonqa qarşı sərt oynamasıdı. Sözügedən epizod referi Mayk Dinin diqqətindən yayınmışdı.

 

Beləliklə, Markos Alonso “Çelsi”nin Premyer Liqa çərçivəsində “Bernli” və “Suonsi”, Federasiya kubokunun yarımfinalında isə “Sauthempton”la oynayacağı matçlarda komandasına kömək edə bilməyəcək.

Xəbər lenti