23 May 15:49 Ançelotti “Bavariya”nın futbolçusunu özü ilə “Napoli”yə aparır
FUTBOL xəbərləri 23 May 15:49
550 baxış

Ançelotti “Bavariya”nın futbolçusunu özü ilə “Napoli”yə aparır

Yaxın günlərdə “Napoli”nin başına keçəcəyi gözlənilən Karlo Ançelotti artıq ilk transfer hədəfini də müəyyənləşdirib. Apasport.az saytının “Corriere dello Sport”a istinadən məlumatına görə, italiyalı mütəxəssis “Bavariya”nın yarımmüdafiəçisi Arturo Vidalı Neapola gətirmək istəyir.

 

Ançelotti “Bavariya”da birgə çalışdığı çililinin çalışma əzminə bələd olduğundan, bu addımı atmaq niyyətindədi. Həmçinin, bu yay bir çox önəmli mərkəz oyunçusunun “Napoli”ni tərk etmək ehtimalının yüksək olduğunu nəzərə alan Karlo Vidal transferi ilə potensial boşluqları aradan qaldıracağına inanır.

 

Geridə qalan mövsümdə Bundesliqada 22 matçda meydana çıxan Arturo Vidal 6 qolla yadda qalıb.

Xəbər lenti