Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
07.05.2024 - 15:39
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan parakarateçiləri Xorvatiyanın Zadar şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.

Apasport.az Milli Paralimpiya Komitəsinə istinadla xəbər verir ki, mayın 8-12-də təşkil olunacaq turnirdə Azərbaycan 5 idmançı ilə təmsil olunacaq.

Kişilərin mübarizəsində Nihat Məmmədzadə, Eldar Əhmədov və Vidadi Xalıqov qüvvəsini sınayacaq. Qadınlarda isə Emiliya Mitlinova ilə Ariana Mitlinova bacarığını nümayiş etdirəcək.

Komanda yarışa məşqçi Renad Əliyevin rəhbərliyi altında çıxacaq.

0