Dekabrın 13-15-də Türkiyənin İstanbul şəhərində idman karatesi (WKF) üzrə "Bosphorus Cup" beynəlxalq turniri keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan karateçiləri ənənəvi olaraq keçirilən beynəlxalq uğurlu çıxış ediblər.
28 ölkədən 4300 karateçinin iştirak etdiyi yığmamız 23 idmançı ilə təmsil olunub. Onlardan dördü fəxri kürsüdə yer alıb. Katada Zəhra Məmmədzadə (8-9 yaş) qızıl, kumitedə Aqdəş Cəfərli (40 kq, 10-11 yaş), Əliəşrəf Qafarov (57 kq, Qafarov) gümüş, Sona Nəcəfbəyli (30 kq, 8-9 yaş) bürün medal qazanıblar.
Qeyd edək ki, karateçilərimiz beynəlxalq turnirdə AKF -in parakarate komitəsinin sədri və baş məşqçisi Rənad Əliyevin rəhbərliyi altında iştirak etmişdir.