[b]“Aqolli ilə görüşməyi səbirsizliklə gözləyirəm” – “Kukesi”nin baş məşqçisi[/b]
19.07.2018 - 17:08
[b]“Aqolli ilə görüşməyi səbirsizliklə gözləyirəm” – “Kukesi”nin baş məşqçisi[/b]

“Düzünü deyim ki, “Qarabağ”la “Olimpiya” arasında cavab oyununu izləmədim. Ailəvi şam yeməyində idim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Albaniyanın “Kukesi” klubunun baş məşqçisi Armando Kunqu deyib.

 

Çempionlar Liqasının II təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ”a rəqib olan komandanın 45 yaşlı çalışdırıcı qarşıdakı duellər barədə fikirlərini bildirib: “Həm də saytdan sayta keçidlərlə oyunun canlı yayımlandığı yeri tapmaq məsələlərində o qədər də səriştəli deyiləm. Lakin klubda qarşılaşmanı videosunu yazıblar və sabah qarşılaşmanı izləyib, təhlil edəcəyik. Mənim üçün “Qarabağ”la “Olimpiya”dan hansının bizə rəqib olmasının fərqi yox idi. Çünki mərhələlər keçdikcə rəqiblər də çətinləşir, oyunlar da daha ağır olur. Bakıdakı qarşılaşmanın nəticəsi də göstərir ki, hər iki komanda təxminən eyni səviyyədə idi”.

 

Kunqu futbolçu oynadığı vaxtlarda meydanda üz-üzə gəldiyi həmyerlisi Ansi Aqollinin də rəqib düşərgədə olmasına da münasibət bildirib: “Futbol sürprizlərlə doludu. Ansi Aqolli ilə görüşməyi səbirsizliklə gözləyirəm”.

 

0