[b]“Araz” 2 top fərqi ilə uduzsa...[/b]
13.10.2017 - 10:02
[b]“Araz” 2 top fərqi ilə uduzsa...[/b]

Futzal üzrə UEFA kubokunda Azərbaycanı təmsil edən “Araz” turnirə 2 qələbə ilə başlayıb. Apasport.az saytının məlumatına görə, ölkə çempionu bununla da elit-raunda vəsiqəni böyük ölçüdə həll edib.

 

Joze Alesionun yetirmələrini son turda heç-heçə də qane edir. Naxçıvan klubunun məğlubiyyətlə də qrup qalibi olması istisna deyil.

 

İlk turda “Mostar”ı (Bosniya və Herseqovina) 5:2, dünən isə “Sent Endryus”u  (Malta) 6:4 hesabı ilə yenən “Araz” hazırda VIII qrupun vahid lideridi. 6 xala malik komandamız son turda Rumıniya “Deva”sı ilə görüşəcək. Bu komanda ilə bosniyalıların hərəyə 3 xalı var.

 

Sabah keçiriləcək son turun ilk matçında “Mostar” maltalıları sınağa çəkəcək. Əgər sensasiya baş verməsə bosniyalılar qalib gələcək. Bu vəziyyət daha çox “Araz”a sərf edir.

 

Çünki xal hesabında komandamıza çatacaq balkanlılar şəxsi oyunların nəticəsində çempionumuzdan geri qalacaq. Alesionun yetirmələrini isə yalnız “Deva” keçə bilər. “Mostar” qalib gəlsə, rumıniyalıların işi çətinləşəcək. Çünki meydan sahibləri də “Araz”ı yensə, üç komandanın xalı bərabər olacaq. “Mostar”a 2:3 hesabı ilə uduzan “Deva” 1-ci olmaq üçün 3 top fərqilə qalib gəlməlidi. “Araz” isə 2 top fərqi ilə uduzsa da, elit-raunda çıxacaq. Amma bunun üçün ilk matçda “Mostar”ın qələbəsi lazımdı.

 

Sonuncular xal itirsə, “Araz” mütləq xal qazanmalıdı. Çünki məğlubiyyət iki komandanın 6 xal toplaması ilə nəticələnəcək. Bu da yeganə vəsiqə uğrunda mübarizədə “Deva”nın lehinə olacaq.

 

Qeyd edək ki, sabah baş tutacaq “Deva” – “Araz” oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

 

1

Araz

2

2

0

0

11-6

6

2

Deva

2

1

0

1

7-5

3

3

Mostar

2

1

0

1

5-7

3

 4

Sent Endryus

2

0

0

2

6-11

0

 

0