[b]“Arsenal” yeni qapıçısını rəsmən açıqladı - FOTO[/b]
19.06.2018 - 23:12
[b]“Arsenal” yeni qapıçısını rəsmən açıqladı - FOTO[/b]

“Arsenal” qapıçı transfer edib. Apasport.az saytının məlumatına görə, “topçular” alman “çərçivə qoruyucusu” Bern Lenonun keçidini rəsmiləşdiriblər.

 

Almaniya millisinin DÇ-2018 heyətində yer almayan “Bayer”in oyunçusunun transferini London klubu rəsmi saytı vasitəsilə açıqlasa da, müqavilə müddəti və şərtləri barəsində əlavə məlumat verilməyib.

 

Qeyd edək ki, 7 ildir Leverkuzen klubunda forma geyinən Leno 6 dəfə də Almaniya yığmasının şərəfini qoruyub.

0