[b]“Arsenal” yeni transferini açıqladı[/b]
11.07.2018 - 15:46
[b]“Arsenal” yeni transferini açıqladı[/b]

“Arsenal” növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının “topçular”ın tvitter hesabına istinadən məlumatına görə, “Loryan”ın xavbeki Matteo Qanduzi karyerasını London klubunda davam etdirəcək.

 

İndilik müqavilənin şərtləri açıqlanmır. 19 yaşlı futbolçu yeni iş yerində 29 nömrəli formanı geyəcək.

 

Qeyd edək ki, Qanduzi ötən mövsüm Fransa ikinci divizionunda 18 matç keçirib. Həmçinin o, Fransanın gənclərdən ibarət millisinin də üzvüdü.

0