[b]“Arsenal”da ayrılıq[/b]
20.06.2018 - 10:40
[b]“Arsenal”da ayrılıq[/b]

“Arsenal”ın yarımmüdafiəçisi Cek Uilşir komandadan ayrılır. Apasport.az saytının məlumatına görə, ingilis futbolçu instaqram hesabında bu barədəki qərarını açıqlayıb.

 

“İyunun sonlarında klubla olan müqaviləm başa çatır. “Arsenal”dan ayrılacağımı təsdiqləyə bilərəm. Xüsusilə də yeni baş məşqçi Unay Emeri də daxil olmaqla, rəhbərliklə apardığım uzunmüddətli danışıqlardan sonra belə bir qərar verməkdən başqa seçimim yox idi” – deyə, Uilşir qeyd edib.

 

“Yuventus”, “Everton”, “Vest Hem” və “Vulverhempton”un 26 yaşlı oyunçu ilə maraqlandığı bildirilir.

0