[b]“Arsenal”ın yeni baş məşqçisinin adı məlumdu[/b]
22.05.2018 - 11:24
[b]“Arsenal”ın yeni baş məşqçisinin adı məlumdu[/b]

“Arsenal”da Arsen Vengerdən boşalan baş məşqçi postuna PSJ-nin sabiq çalışdırıcısı Unay Emeri gətiriləcək. Apasport.az saytının BBC-yə istinadən məlumatına görə, “topçular”ın rəhbərliyi hamılıqla ispan mütəxəssisin təyinatını dəstəkləyib.

 

Emeri ingiliscə sərbəst danışa bilmir. “Sevilya” ilə 3 dəfə Avropa Liqasının qalibi olan 46 yaşlı məşqçi bununla yanaşı, PSJ-yə 7 kubok qazandırıb.

 

“Arsenal”ın bu həftə Emerini ictimaiyyətə təqdim edəcəyi gözlənilir.

0