[b]“Atletiko” ilə oyundakı yubiley[/b]
19.10.2017 - 00:20
[b]“Atletiko” ilə oyundakı yubiley[/b]

“Qarabağ”ın Çempionlar Liqasında “Atletiko” ilə heç-heçəsi etməsi yubileylə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, bu qarşılaşma Azərbaycan klublarının avrokuboklarda 75-ci bərabərliyidi.

 

Qolsuz bitən görüşədək təmsilçilərimiz 302 matçda 74 dəfə bərabərə qalmışdı. 303-cü qarşılaşma isə yubiley heç-heçəsi ilə bitib.

 

75 sülhdən 18-i Çempionlar Liqası, 52-si Avropa Liqası (əvvəlki UEFA kuboku), 3-ü İntertoto kuboku, 2-si Kuboklar Kubokuna təsadüf edib.

 

Bu heç-heçələrdən 11-i əsas raundda – qrupda qeydə alınıb. 10 dəfə Avropa Liqası, 1 dəfə Çempionlar Liqasında bərabərlik yaşanıb.

0