[b]"Atletiko" Qodinin yerinə türk futbolçu alır[/b]
16.07.2018 - 12:49
[b]"Atletiko" Qodinin yerinə türk futbolçu alır[/b]

“Atletiko”nun müdafiəçisi Dieqo Qodin “Yuventus”un maraq dairəsindədi. Onun transferi 25 milyon avro dəyərində qiymətləndirilir.

 

Apasport.az saytının “Mediaset Premium”a istinadən məlumatına görə, “Atletiko” artıq Qodinin alternativini tapıb. Madrid klubu “Frayburq”un müdafiəçisi Çağlar Söyüncünü transfer etmək niyyətindədi. Yaxın günlərdə tərəflər arasında danışıqların baş tutmaq ehtimalı var.

 

2017-18 mövsümündə Bundesliqada 26 matçda meydana çıxan Çağlar Söyüncü bir qolla yadda qalıb.

0