[b]"Atletiko" Torreslə vidalaşır[/b]
22.02.2018 - 19:42
[b]"Atletiko" Torreslə vidalaşır[/b]

"Atletiko"nun hücumçusu Fernando Torres yayda komandanı tərk edəcək. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Madrid klubunun rəhbərliyi təcrübəli forvardla yeni müqavilə imzalamaq fikrində deyil.  

 

Bu səbəbdən Torres "Atletiko" ilə sözləşməsi yayda bitdikdən sonra komandadan ayrılacaq. Məlumatı madridlilərin baş məşqçisi Dieqo Simeone də təsdiqləyib.

 

Qeyd edək ki, "Atletiko"nun yetirməsi olan Torres 2007-ci ildə "Liverpul"a transfer olunub. Daha sonra "Çelsi" və "Milan" klublarında da oynamış Fernando 2015-ci ildə doğma komandasına qayıdıb.

0