[b]Avroliqanın final matçından sonra iğtişaş: 21 azarkeş saxlanıldı[/b]
17.05.2018 - 11:29
[b]Avroliqanın final matçından sonra iğtişaş: 21 azarkeş saxlanıldı[/b]

Avropa Liqasının final matçından sonra insident baş verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Lionda keçirilən “Marsel” – “Atletiko” görüşünün ardından 21 azarkeş yerli polis tərəfindən saxlanılıb.

 

Azarkeşlərin əksəriyyəti arenanın içində və həndəvərində yaxalanıb. 7 nəfər pirotexniki vasitələrdən istifadəyə, 4 nəfər kobud davranışa, 4 nəfər iğtişaş törətməyə görə saxlanılıb. Azarkeşlərdən 2-si qaçmağa cəhd etsə də, stadionun mühafizəçiləri onları tutmağı bacarıb. Bundan əlavə, şəhərdə dalaşan 3 nəfər və silahla yaxalanan 1 azarkeş də bölməyə aparılıb.

 

Qeyd edək ki, Avropa Liqasının finalında “Atletiko” “Marsel”i 3:0 hesabı ilə məğlub edib.

0