16 Aprel 00:05 Avropada daha bir komanda vaxtından əvvəl çempion oldu
FUTBOL xəbərləri 16 Aprel 00:05
382 baxış

Avropada daha bir komanda vaxtından əvvəl çempion oldu

Avropanın daha bir futbol çempionatında yarış bitməmiş çempionun adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, söhbət Hollandiya Erediviziyasından gedir.

 

Ötən həftə “Bavariya” Almaniyada qızıl medalları təmin etmişdisə, bu həftə “Mançester Siti” İngiltərədə, PSV isə Hollandiyada vaxtından əvvəl çempionluğu bayram edib.


Erediviziyanın 31-ci turunda doğma meydanda “Ayaks”ı 3:0 hesabı ilə məğlub edən eyndhovenlilər 24-cü çempionluğunu rəsmiləşdirib. Bu qələbədən sonra xallarının sayını 80-ə yüksəldən komanda sona 3 tur qalmış ən yaxın izləyicisi “Ayaks”ı 10 xal qabaqlayır.