18 Mart 12:35 Ayaz Quliyev üçün 1 hissə
FUTBOL xəbərləri 18 Mart 12:35
445 baxış

Ayaz Quliyev üçün 1 hissə

Rusiya Premyer Liqasında XXIII turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçu Ayaz Quliyevin komandası “Rostov” da növbəti matçına çıxıb.

 

Adıçəkilən komanda Tula “Arsenal”ının qonağı olub. Oyun da qalib müəyyənləşməyib. Belə ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə nəticələnib.

 

Quliyev də bu matçda iştirak edib. Start heyətində yer almayan Ayaz 46-cı dəqiqədə meydana çıxıb.

 

Qeyd edək ki, hazırda aktivində 27 xal olan “Rostov” turnir cədvəlində 10-cu yerdə qərarlaşıb.

Xəbər lenti