23 Fevral 11:17 “Azərbaycan yığması Moldovadan güclüdü” – baş məşqçi
FUTBOL xəbərləri 23 Fevral 11:17
625 baxış

“Azərbaycan yığması Moldovadan güclüdü” – baş məşqçi

“Səudiyyə Ərəbistanı ilə oyunda elə çıxış etməliyik ki, futbolçularımdan razı qalım. Hər kəs deyə bilsin ki, komanda qələbə qazanmaq üçün əlindən gələni etdi”. Apasport.az saytının məlumatına görə, bunu Moldova yığmasının baş məşqçisi Aleksandr Spiridon deyib.

 

Moldova millisi fevralın 26-da Ciddədə Səudiyyə Ərəbistanı ilə yoldaşlıq görüşündə üz-üzə gələcək. Yerli mətbuata müsahibə verən Spiridon komandasının hazırkı durumunu dəyərləndirib. Yeni çalışdırıcı yanvarın 27-də Cənubi Koreya, 30-da isə Azərbaycanla Antalyada keçirdikləri yoldaşlıq görüşlərinə də toxunub.

 

Spiridonun fikrincə, yığmamızla matçda daha yaxşı təsir bağışlayıblar: “Əvvəlki iki oyunda yaxşı rəqiblərlə qarşılaşmışdıq. Onların hər ikisi – həm Cənubi Koreya, həm də Azərbaycan indiki məqamda Moldovadan güclüdü. Amma biz rəqiblərə fikir vermirik. Öz oyunumuzu formalaşdırmalıyıq. Çox dəyişiklik etmək lazımdı və hazırda bu yöndə çalışırıq. Cənubi Koreya və Azərbaycanla matçda yığmanın oyununda dəyişikliklər görə bildiniz. Mən də bundan razı qaldım. Oyundan-oyuna inkişaf etsək, bundan məmnun qalaram. Məsələn, Cənubi Koreya ilə görüşlə müqayisədə Azərbaycanla qarşılaşmada daha yaxşı idik. Həmin oyunda 3-4 real qol imkanını əldən verdik. O şanslardan yararlana bilsəydik, uşaqlar indi psixoloji cəhətdən özlərini daha inamlı hiss edərdilər”.

 

Qeyd edək ki, Cənubi Koreyaya 0:1 hesabı ilə yenilən Moldova yığması Qurban Qurbanovun debüt etdiyi görüşdə millimizlə qolsuz bərabərə qalmışdı.

Xəbər lenti