21 May 10:31 Azərbaycan yığmasında 25 futbolçu
FUTBOL xəbərləri 21 May 10:31
406 baxış

Azərbaycan yığmasında 25 futbolçu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı olacaq. Apasport.az saytının məlumatına görə, millimiz mayın 22-dən 31-dək hazırlıq keçəcək.

 

Toplanış Bakıda təşkil olunacaq. Baş məşqçi Vüqar Məmməd millinin hazırlığına 25 futbolçu çağırıb: İlkin Həsənli (“Keşlə”), Ruzi Abdullayev (“Kəpəz”), Rauf Hüseynli, Bəşir Aylarov, Rüfət Abdullazadə, Elvin Cəfərquliyev, Tural Bayramov, Xəqani Sadıqov (hamısı “Qarabağ”), Sərxan Osmanov, Izzət Müştaqov, Elmir Tağıyev (hamısı “Qəbələ”), Nail Alışov, Seymur Əliyev, Elton Əlibəyli, Hüseyin Hüseyinzadə, Fərid Mahmudov, Elcan Hafizli (hamısı “Neftçi”), Eldost Qiyasbəli, Sultan Mustafayev, Tahir Zeynalov, Emil Qasımov (hamısı “Səbail”), Cavid Quliyev, Xəzər Mahmudov (hər ikisi “Sumqayıt”), Riad Abbaszadə (“Şüvəlan”), Qabil Sabirli (“Zirə”).

 

Mənbə: affa.az

Xəbər lenti