17 Mart 12:13 Azərbaycanla oyuna 23 futbolçu çağırıldı
FUTBOL xəbərləri 17 Mart 12:13
5237 baxış

Azərbaycanla oyuna 23 futbolçu çağırıldı

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycanla qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət İrlandiya yığmasının heyəti açıqlanıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Noel Kinq 23 futbolçuya dəvət göndərib.

 

Əksəriyyəti İngiltərə çempionatında çıxış edənlər arasında “Mançester Yunayted” və “Liverpul” kimi nəhəng klubların üzvləri də var.

 

Əvvəlcə martın 22-də İslandiya ilə yoldaşlıq görüşü keçirəcək irlandlar ayın 27-də “Tallaqt” stadionunda yığmamızı qəbul edəcək.

 

İrlandiya yığmasının heyəti:

Qapıçılar: Kiran Ohara (“Mançester Yunayted”), Liam Bossin (“Nottingem Forest”), Kaoymin Kelleher (“Liverpul”)

Müdafiəçilər: Danni Keyn (“Kork Siti”), Rayan Suini (“Bristol”), Şon Donnellan, Kori Uelan (hər ikisi “Yeovil”), Liam Kinsella (“Uolsoll”), Rayan Delani (“Roçdeyl”), Ceyms Dann (“Akkrinqton”)

Yarımmüdafiəçilər: Joşua Kullen, Deklan Rays (hər ikisi “Vest Hem”), Harri Çarsli (“Bolton”), Rori Heyl (“Derri Siti”), Konnor Dimaio (klubsuz), Cek Doyl-Heyz (“Aston Villa”)

Hücumçular: Riis Qreqo-Koh (“Vukinq”), Rayan Menninq (“Kuinz Park Reyncers”), Ronan Kurtis (“Derri Siti”), Co Kuili (“Boreham”), Cek Malreni (“İnverness”), Olamide Şodipo (“Kolçester”), Konnor Ronan (“Portsmut”).

 

Qeyd edək ki, yığmamız 5-ci qrupda 6 komanda arasında 1 xalla sonuncu pillədə qərarlaşır. Aktivində 10 xal olan İrlandiya isə 2-ci yerdədi.

Xəbər lenti