23 Oktyabr 16:01 “Bavariya” Müllersiz qaldı
FUTBOL xəbərləri 23 Oktyabr 16:01
271 baxış

“Bavariya” Müllersiz qaldı

“Bavariya”nın aparıcı futbolçularından Tomas Müller sıradan çıxıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Almaniya millisinin üzvü Bundesliqanın geridə qalan turunda “Hamburq”la qarşılaşmada zədələnib.

 

“Bavariya”nın 1:0 hesabı ilə qalib gəldiyi görüşdə fasilədən sonra meydana daxil olan Müller cəmi 10 dəqiqə sonra sağ ayağından xəsarət alaraq əvəzlənib. Həkimlər 28 yaşlı oyunçunun əzələ problemi yaşadığını və 3 həftə komandasına kömək edə bilməyəcəyini açıqlayıblar.

 

Bu da o deməkdi ki, Müller Bundesliqada “Leypsiq” və Dortmund “Borussiya”sı, Çempionlar Liqasında isə “Seltik”lə görüşü buraxacaq.

Xəbər lenti